Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin XIX turundan təxirə salınmış “Kəpəz” – “Qəbələ” oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Yevlaxda baş tutan qarşılaşmada lider gözlənilmədən məğlubiyyətə üzülüb.
Şöhrət Quliyevin 55-ci dəqiqədə vurduğu qol “Kəpəz”ə qələbə qazandırıb. Lakin məğlubiyyət “Qəbələ”nin turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Aktivinə 3 xal yazan gəncəlilər də son pillədən qaça bilməyiblər.
XIX turun təxirə salınan oyunu
“Kəpəz” - “Qəbələ” – 1:0
Qol: Şöhrət Quliyev, 55
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qəbələ |
21 |
14 |
3 |
4 |
62-20 |
45 |
|
2 |
Səbail |
21 |
12 |
3 |
6 |
36-28 |
39 |
|
3 |
Keşlə |
21 |
7 |
11 |
3 |
31-26 |
32 |
|
4 |
Qarabağ |
21 |
9 |
4 |
8 |
30-32 |
31 |
|
5 |
Zirə |
21 |
8 |
5 |
8 |
25-29 |
29 |
|
6 |
Neftçi |
21 |
5 |
6 |
10 |
15-26 |
21 |
|
7 |
Sumqayıt |
21 |
5 |
5 |
11 |
23-41 |
20 |
|
8 |
Kəpəz |
21 |
2 |
7 |
12 |
12-32 |
13 |