[b]Liderlər autsayderlərlə qarşılaşacaq[/b]
05.04.2018 - 10:22
[b]Liderlər autsayderlərlə qarşılaşacaq[/b]

Futzal üzrə Yüksək Liqada XXIII turun təqvimi açıqlanıb. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, turun oyunları aprelin 10-da keçiriləcək.

 

Həmin gün Bakı İdman Sarayında 3 qarşılaşma baş tutacaq. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan “Araz” və “Marafon Futsal” müvafiq olaraq son sıralarda yer alan “Yasamal” FK ilə “Xəmsə”ni sınağa çəkəcək.

 

Digər qarşılaşmada isə EKOL-la “FK.İD.Futsal” üz-üzə gələcək.

 

Yüksək Liqa

XXIII tur

 

10 aprel
12.30. “Xəmsə” - “Marafon Futsal”
14.30. EKOL – “FK.İD.Futsal”
16.15. “Araz” – “Yasamal” FK

 

 

Komanda

O

Q

H/H

M

T/F

X

1

Araz

19

18

1

0

125-24

55

2

Marafon Futsal

18

12

1

5

69-37

37

3

EKOL

19

10

2

7

82-56

32

4

FK.İD.Futsal

17

6

4

7

72-61

22

5

Neftçi İK

17

6

4

7

46-44

22

6

Yasamal

18

4

0

14

56-119

12

7

Xəmsə

18

0

2

16

42-151

2


Bombardir: Bolinya (“Araz”) – 30 qol