[b]Liderlər mövqeyini qoruyacaq, millimiz 2 pillə geriləyəcək[/b]
09.01.2016 - 13:27
[b]Liderlər mövqeyini qoruyacaq, millimiz 2 pillə geriləyəcək[/b]

FİFA fevralın 4-də milli komandaların növbəti reytinq siyahısını açıqlayacaq. Apasport.az saytının məlumatına görə, bu cədvəldə komandaların hansı pillələrdə qərarlaşacağı ilə bağlı təxmini siyahı müəyyənləşib.

 

İki gün əvvəl açıqlanan rəsmi siyahıdan sonrakı cədvələ qədər olan 28 gündə baş tutacaq matçların nəticələrini ehtimallar üzərində quran ekspertlər buna uyğun cədvəl tərtib edib. Həmin görüşlərin proqnozlara uyğun nəticələrlə bitəcəyi halda, Azərbaycan yığması gələn ay 118-cı pillədə yer alacaq.

 

Təxmini siyahıda hesabında 296 xalı olan komandamız yanvarda açıqlanan siyahı ilə müqayisədə təxmini cədvəldə 2 pillə geriləyib. Bu müddətdə heç bir rəsmi matça çıxmayan Robert Prosineçkinin yetirmələrinin gözlənilən mövqe dəyişikliyinə digər yığmaların nəticələri səbəb olacaq.

 

Belə ki, Türkmənistan və Fələstin yığmaları komandamızı arxada qoyacaq. Millimizin mövqeyinə təsir edə biləcək digər 4 komandanın oyunlarının təxmin olunan nəticələri isə əlavə dəyişikliyə səbəb olmayacaq.

 

Millimiz və “qonşuları”
 

113 (131). Fələstin - 307

114 (111). Mərkəzi Afrika Respublikası - 302

115 (113). Çad – 301

116 (115). Aruba – 298

116 (117). Türkmənistan – 298

118 (116). AZƏRBAYCAN – 296

119 (121). Syerra-Leone - 290

120 (119). Sent-Kitts və Nevis – 289

121 (141). Küveyt – 288

122 (128). Beliz - 286

122 (120). Gürcüstan – 286

122 (121). Tailand – 286

  

Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayacaq. Planetin nəhəngləri mövqelərini də qoruyacaq.

 

İlk “onluq”

1 (1). Belçika – 1494
2 (2). Argentina – 1455

3 (3). İspaniya - 1370
4 (4). Almaniya – 1347
5 (5). Çili – 1267

6 (6). Braziliya – 1251

7 (7). Portuqaliya – 1219

8 (8). Kolumbiya – 1211

9 (9). İngiltərə - 1106

10 (10). Avstriya - 1091

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniyavə San-Marinonun yeri və xalı dəyişməz qalacaq. Çexiya isə Fil Dişi Sahilinin geriləməsindən yararlanıb 1 pillə irəliləyəcək. Sonuncuları keçən Şimali İrlandiya daha bir Afrika təmsilçisini Əlcəzairi də arxada qoyaraq, irəliyə doğru 2 addım atacaq. Digər rəqiblərimizdən fərqli olaraq, xal hesabıd a artacaq Norveç isə 4 addım irəliləməlidi.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

 

4 (4). Almaniya – 1347

25 (26). Çexiya - 860

28 (30). Şimali İrlandiya - 825

50 (54). Norveç - 597
198 (198). San-Marino - 28


Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda 933 xalla 20-ci yerdə qərarlaşıb. “Ay-ulduzlular” da Fil Dişi Sahilini keçəcək.

 

0