[b]Lionel Messinin yubiley oyunu[/b]
06.05.2015 - 23:54
[b]Lionel Messinin yubiley oyunu[/b]

“Barselona” ilə “Bavariya” arasında baş tutan Çempionlar Liqası 2014/15 mövsümü yarımfinalının ilk qarşılaşması bir neçə əlamətdar hadisə ilə fərqlənir. Apasport.az saytının məlumatına görə, hər iki komandanın heyətində bu matçla birlikdə yubiley qarşılaşmalarına çıxan oyunçular var.

 

Belə ki, kataloniyalıların super ulduzu Lionel Messi Avrokuboklardakı 100-cü oyununu keçirir. Bu müddətdə argenitalı ulduz 3 dəfə Çempionlar Liqasının qalibi (97 oyun), iki dəfə isə UEFA Superkubokunun qalibi (3 oyun) olub və bu oyunlarda 76 dəfə (75-i ÇL, 1-i isə Superkubok) rəqib qapıçıları məyus edib.

 

Hazırda davam edən oyun “Bavariya”nın hücumçusu Tomas Müller üçün də əlamətdardır. Belə ki, 25 yaşlı alman oyunçu “Barselona”ya qarşı forma geyinməklə münhenlilərin heyətində bütün turnirlərdə 300-cü dəfə meydana çıxır.

 

Xatırladaq ki, Müller “Bavariya”nın heyətində ilk oyununu 2008-ci ilin avqustunda keçirib.