Marçello Lippinin yeni iş yeri müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, italiyalı məşqçi Çin yığmasını çalışdıracaq.
Lippinin Asiya ölkəsinə qayıdacağı gözlənilən olsa da, onun yenidən “Quançjou Everqrand” klubuna rəhbərlik edəcəyi proqnozlaşdırılırdı. Lakin 68 yaşlı çalışdırıcı Çin Futbol Federasiyasından da təklif alınca, millidə işləməyi üstün tutub.
Tərəflər arasında müqavilənin imzalanması yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, Lippi məşqçilik fəaliyyəti ərzində İtaliya yığmasını da çalıdırıb. O, 2004-2006 və 2008-2010-cu illərdə “Skuadra Adzurra”ya rəhbərlik edib.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”