[b]Lüboslav Penev AFFA-nın qarşısına hansı şərtlər qoyub?[/b]
08.05.2015 - 10:39
[b]Lüboslav Penev AFFA-nın qarşısına hansı şərtlər qoyub?[/b]

Sofiya MOİK-inin baş məşqçisi Lüboslav Penev Azərbaycan millisinin “sükanı arxasna” keçməyə namizəd olub. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı həmkarlarımız ötən ilin oktyabrında millimizdən ayrılan Berti Foqtsun yerinə məşqçi axtaran AFFA ilə danışıqlar apardığını iddia edir.

 

Onlar bunun baş tutmamağının səbəbini də tapıblar.

 

Belə ki, Penevin AFFA ilə ortaq məxrəcə gəlmədiyi bildirilir.

 

Həmin vaxt yığmamızla eyni qrupda yer alan Bolqarıstan millisinin baş məşqçisi olan 49 yaşlı çalışdırıcı AFFA-nın qarşısına köməkçiləri ilə bağlı şərt qoyub. Penev Metodi Deyanov və Radi Zdravkovu da Azərbaycana gətirmək istəyib.

 

AFFA isə onun bu şərtini qəbul etməyib. Bundan sonra xorvatiyalı Robert Prosineçki yığmamızın baş məşqçisi təyin edilib. Ötən ilin noyabrında Bolqarıstan yığmasını tərk edən Penev isə yarım ay əvvəl MOİK-in “sükanı arxasına” keçib.

 

Qeyd edək ki, Penevin adı 2014-cü ilin yayında “Qəbələ” ilə yanaşı da hallanıb.