“Barselona”nın ulduz futbolçusu Luis Suares “Liverpul”u tərk etməsinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, cari mövsümün əvvəlində “Barselona”ya transfer edilən uruqvaylı forvard yerli mətbuatı günahlandırıb.
Suares bütün günahı İngiltərə KİV-ində görür: “Orda mətbuatın mənə qarşı kompaniya aparıb-aparmadığını deməkdə çətinlik çəkirəm. Ancaq onu bilirəm ki, haqqımda layiq olmadığım məqalələr yazıldı. İngiltərədən qaçmağımın da səbəbkarı onlardı. Onların hər şeylə maraqlanmalarından yorulmuşdum. İspaniyaya köçsəm də, ingilislər yenə nəsə axtarırlar”.
Qeyd edək ki, “Barselona” Luis Suaresi 75 milyon funt-sterlinqə transfer etmişdi.