[b]Luis Suaresdən “Real”a "gözləyin" cavabı[/b]
10.04.2015 - 13:14
[b]Luis Suaresdən “Real”a  "gözləyin" cavabı[/b]

“Barselona”ya keçməmişdən öncə “Real”dan təklif almışdım. Ancaq onlara “gözləyin” dedim”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın uruqvaylı hücumçusu Luis Suares deyib.

 

Madrid “Real”ının təklifini qəbul etməyən Suares bunu “Barselona”ya olan sevgisi ilə izah edib.

 

28 yaşlı forvard Kataloniya klubuna keçidinin onun üçün gözlənilməz olduğunu bildirib: “Madridlilər məni transfer etmək istəyirdilər. Lakin arzum “Barselona”da oynamaq idi. “Barsa”nın diqqət mərkəzində olduğumu eşidəndə inanmadım. Ağlıma da gəlməzdi ki, nə vaxtsa bu klub mənimlə maraqlanacaq. Fikrimi qətiləşdirdim və “Barselona”ya keçməyə qərar verdim. Bir sözlə, arzuma çatdım”.

 

Qeyd edək ki, Suares “Barselona”ya ötən il “Liverpul”dan transfer olunub. O, Kataloniya klubunun heyətində ümumilikdə 30 oyunda 16 qola imza atıb.