[b]Mafiya, pizza və “Milan”[/b]
18.05.2015 - 19:05
[b]Mafiya, pizza və “Milan”[/b]

“Milan”ın prezidenti Silvio Berluskoni klubun gələcəyi haqqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, klubun fantastik tarixi olduğunu qeyd edən Berluskoni, “Real”la birlikdə dünyanın ən böyük iki komandası olduqlarını deyib:

 

“30 ildir ki, mən bu klubun rəhbəriyəm. Bu müddətdə unudulmaz uğurlar qazandıq. “Milan” öz sahəsində artıq brendə çevrilib. Vaxt var idi ki, İtaliya deyəndə ağıllara mafiya, pizza və Sofi Loren gəlirdisə, indi artıq İtaliya sözü beyinlərdə mafiya, pizza və “Milan”la assosiasiya olunur”.

 

Bütün dünyada 350 milyona yaxın azarkeşlərinin olduğunu deyən prezident, klubun həm də Şərqdə çox sevildiyini sözlərinə əlavə edib:

 

“Komandamız Çində və digər şərq ölkələrində çox məşhurdu. Biz də bu maraqdan istifadə edərək komandaya maliyyə məsələlərində dəstək olacaq sərmayədarlar axtarırıq. Əgər heç nə alınmasa öz işimizə baxacağıq. Məndən olsa daha çox italiyalılara üstünlük verərdim. Düşünürəm ki, bizim futbol təsərrüfatımızda çox xarici rəhbərlər var. Ancaq istənilən halda bütün təkliflərə baxırıq”.