[b]Mahrez “Roma” ilə razılığa gəldi[/b]
31.07.2017 - 09:38
“Lester”in futbolçusu Riyad Mahrez karyerasını İtaliyada davam etdirəcək. Apasport.az satı “Sky Sport”a istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Roma” ilə razılığa gəlib.
Futbolçu ilə ortaq məxrəcə gələn “canavarlar” hazırda “Lester” rəhbərliyi ilə danışıq aparırlar. “Tülkülər” təcrübəli xavbeklə yolları ayırmağa hazırdılar. Bunun üçün qarşı tərəf onlara 38 milyon avro ödəməlidi. “Roma”nın buna razı olduğu bildirilir.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2014-cü ildən “Lester”in formasını geyinir.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0