Hollandiyalı “Formula-1” şərhçisi Andre Venema Azərbaycan Qran-prisindən sonra yarış və ölkəmiz haqda geniş məqalə dərc edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Venema Bakıda olduğu müddətdə “Qəbələ”nin yarımmüdafiəçisi Dion Malone ilə görüşüb.
Jurnalist “Hilton” oteldə qalan həmyerlisinin ona Bakı haqda məlumat verdiyini bildirib: “Malone Bakıda əla vaxt keçirdiyini söylədi. O deyir ki, olduqca müasir və şən şəhərdi. Futbolçu Azərbaycanda özünü xoşbəxt hiss edir. O, şəhərin mərkəzində qalır. Komandası “Qəbələ”nin ev oyunlarını keçirdiyi yerlə Bakı arasında 3 saatlıq yol var. Ancaq orda klubların çoxu paytaxtda yerləşir. Ailəsi və dostları üçün darıxsa da, hər ay kimsə onu ziyarət edir. Üstəlik, otelin direktoru ilə də dostdu. Deyir ki, onunla birlikdə tez-tez oteldə futbola baxır”.
Qeyd edək ki, Dion Malone “Qəbələ”yə mövsümün əvvəlində “Den Haaq”dan keçib.