[b]Mançini “Mançester Siti”nin futbolçusunu Milana gətirmək istəyir[/b]
01.05.2015 - 21:41
[b]Mançini “Mançester Siti”nin futbolçusunu Milana gətirmək istəyir[/b]

“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture “İnter”ə keçməyə yaxındır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, İtaliya klubunun nümayəndələri artıq Turenin meneceri ilə görüşüb, təklif irəli sürüblər.

 

Roberto Mançininin şəxsən istədiyi oyunçu üçün 4 illik müqavilə təklif etmək nəzərdə tutulub. 32 yaşlı futbolçu təkliflə razılaşacağı təqdirdə Milanda da Mançesterdə olduğu kimi ilinə 13 milyon avro qazanacaq.