“Rumıniyanın bir neçə klubu ilə danışıq aparıram. Amma tələsmək istəmirəm. Açığı, ürəyimdən ölkəmə qayıtmaq keçmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”la yolları ayrılan Adrian Skarlatake deyib.
Bir çox təcrübəli futbolçular kimi, “ağ-yaşıllar”ı tərk edən rumıniyalı müdafiəçinin karyerasını harada davam etdirəcəyinə hələ aydınlıq gəlməyib.
İki ölkədən təklif alan Skarlatake fikirləşdikdən sonra qərar verəcəyini bildirib: “Rumıniyaya qayıtmaq istəməməyimin bir çox səbəbləri var. Əsas səbəb isə klublarımızda maddi durumun yaxşı olmamasıdı. Buna görə də, öz ölkəmdən gələn təkliflər məni qane etmir”.
2011-ci ildən “Xəzər Lənkəran”ın formasını geyinmiş Skarlatakenin karyerasını Qazaxıstanda davam etdirmək ehtimalı daha realdı. 29 yaşlı müdafiəçi yeni klubunun adının tezliklə bəlli olacağını deyib: “Düşünüb, tələsmədən qərar verəcəm. Rumıniyadan gələn təklifləri ikinci plana atmışam. Onlara tez cavab verməsəm də, olar. Çünki çempionat martda start götürəcək. Hazırkı məqamda Qazaxıstandan cavab gözləyirəm. Ordan təklif almışıq və menecerim hazırda həmin klubun rəhbərliyi ilə danışıq aparır. Karyeramı Qazaxıstanda davam etdirmək şansım var”.
Qeyd edək ki, Skarlatake 2011-2015-ci illər ərzində Azərbaycan çempionatında 96 oyunda 11 qola imza atıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu