[b]Massimiliano Alleqri: “Barselona”ya qarşı oynamaq mümkün deyil[/b]
14.05.2015 - 09:43
[b]Massimiliano Alleqri: “Barselona”ya qarşı oynamaq mümkün deyil[/b]

“İtaliya klubunun Çempionlar Liqasında finala yüksəlməsi ölkə futbolu üçün çox önəmli hadisə idi”. Apasport.az saytının məlumatına görə, bunu “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri deyib.

 

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”ı (2:1, 1:1) üstələyərək finala vəsiqə qazanan “Yuventus” həlledici qarşılaşmada “Barselona” ilə üz-üzə gələcək.

 

Turin klubunun çalışdırıcısı indidən finalın favoritinin “Barselona” olduğunu bildirib: “Barselona”ya qarşı oynamaq mümkün deyil. Amma bir məsələ var ki, onlarla iki dəfə üz-üzə gəlməyəcəyik. Bir oyundan ibarət görüşdə isə hər şey mümkündü. Hazırda fiziki cəhətdən çox yaxşı formadayıq. Ancaq “Barselona”nın fantastik hücum xətti var. Buna baxmayaraq, Berlinə Çempionlar Liqasının qalibi olmaq üçün yollanacağıq”.

 

Qeyd edək ki, “Yuventus” – “Barselona” finalı iyunun 6-da “Olimpiyastadion”da keçiriləcək.