[b]Mauro İkardi 59 il sonra bunu edən ilk futbolçu oldu[/b]
06.05.2018 - 17:04
[b]Mauro İkardi 59 il sonra bunu edən ilk futbolçu oldu[/b]

İtaliya A seriyasının 36-cı turunda “İnter” səfərdə “Udineze”ni 4:0 hesabı ilə darmadağın edib. Apasport.az saytının məlumatına görə, matçdakı qollardan birini vuran Mauro İkardi klubun tarixinə düşüb.

 

Argentinalı futbolçu son 59 ildə “İnter” forması ilə 28 və daha artıq qol vuran ilk futbolçu olub. Sonuncu dəfə 1958/59 mövsümündə Antonio Ancelillo “neradzurra”nın heyətində 33 qola sevinmişdi.

 

Qeyd edək ki, hazırda A seriyasının bombardiri 29 qolla Çiro İmmobiledir. Amma “Latsio”nun oyunçusu mövsümün sonuna qədər sıradan çıxdığı üçün qalan iki turda İkardinin onu keçmək şansı var.

0