[b]Mauro İkardi: Məqsədimizə çatdıq[/b]
03.10.2014 - 08:20
[b]Mauro İkardi: Məqsədimizə çatdıq[/b]

“Kalyari” ilə qarşılaşmadakı uğursuzluqdan sonra “İnter” üçün qələbə vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun futbolçusu Mauro İkardi deyib.

 

Argentinalı futbolçu Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ”la Milandakı qarşılaşması haqda fikirlərini açıqlayıb: “Biz də məqsədimizə çatdıq. Osvaldo möhtəşəm qol ötürməsi verdi və oyun boyu meydanda məni axtarmağa çalışırdı. Mən də çalışırdım ki, onu məyus etməyəm. Amma Pablo qol vura bilmədi”.

 

Qeyd edək ki, İkardi italiyalıların 2:0 hesabı ilə qalib gəldiyi oyunda 2-ci qolu vurub.