[b]Maykon “Qalatasaray” üçün İstanbula gəlir - FOTO[/b]
22.06.2017 - 19:28
[b]Maykon “Qalatasaray” üçün İstanbula gəlir - FOTO[/b]

“Qalatasaray” mövsümlərarası transfer dönəmində ilk keçidini reallaşdırmağa hazırdı. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Maykon ilə razılığa gəlib.

 

Türkiyə mətbuatının iddiasına görə, Braziliyanın “Sao Paolo” klubundan heyətə cəlb olunan müdafiəçi artıq Türkiyəyə gəlmək üçün yola çıxıb. Oyunçunun təyyarədən çəkilmiş fotosunu paylaşan mətbu orqanları istiqamətin məhz İstanbul olduğunu bildiriblər.

 

Qeyd edək ki, Maykon üçün klubu “Sao Paolo”ya 7 milyon avro ödəyən “Qalatasaray” futbolçunun özünə də illik 2.6 milyon avro məvacib verəcək. Onunla 5 illik müqavilə imzalanacağı gözlənilir.

 

0