[b]Mbappe yenə heyətdən kənarda qaldı[/b]
18.08.2017 - 13:58
“Monako”dan ayrılmaq istəyən Kilian Mbappe cəzalandırılıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, komandanın baş məşqçisi Leonardo Jardim istedadlı futbolçunu Liqa-1-in II turunda “Mets”lə keçiriləcək oyun üçün heyətə daxil etməyib.
Adı “Real”, “Barselona” və PSJ ilə birgə hallanan Mbappe I turda da heyətdə yer almamışdı.
Qeyd edək ki, “Monako”nun yetirməsi olan Kilian Mbappe 2015-ci ildən əsas komandanın formasını geyinir.
0
0