[b]Məhkəmə “Barselona”ya 10 gün vaxt verdi[/b]
13.05.2015 - 20:59
“Barselona”nın maliyyə məsələləri ilə bağlı problemi yaranıb. Apasport.az saytının “Reuters”ə istinadən məlumatına görə, ispan məhkəməsi “Barselona” rəhbərliyinə Neymar transferi zamanı ödənməmiş vergi borclarını aydınlaşdırmaq üçün 10 gün vaxt verib.
Katalonların keçmiş prezidenti Sandro Rossel və hazırkı başqan Xosep Bartomeu 2011-2014-cü illər ərzində 13 milyon avro miqdarında vergi ödəməməkdə ittiham olunurlar.
Onlar futbolçuların real qiymətlərini gizlətməkdə də günahlandırılırlar.
0
0