Slovakiyada keçirilən 2000-ci il təvəllüdlü futbolçular arasında beynəlxalq turnirin son günündə həlledici qarşılaşmalara start verilib. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycanın U-19 komandası son matçını keçirib.
Vüqar Məmmədin yetirmələri öz qruplarında ikinci olan komandaların duelində gücünü yoxlayıb. Millimiz turnirin 3-cüsü adı uğrunda matçda ABŞ-la üz-üzə gəlib.
Ümidləri doğrultmayan komandanız matçdan böyük hesablı məğlubiyyətlə ayrılıb – 0:3. Bununla, yığmamız turniri mükafatsız – 4-cü yerdə bitirib.
“Slovakia Cup 2018”
7-ci yer uğrunda
Macarıstan – Qazaxıstan – 2:4
5-ci yer uğrunda
Uels – Ukrayna – 0:5
3-cü yer uğrunda
Azərbaycan – ABŞ – 0:3
Qeyd edək ki, bu gün keçiriləcək final matçında Çexiya və Slovakiya milliləri üz-üzə gələcək.