[b]Mərkəzi oyunun hakimləri açıqlandı[/b]
26.12.2017 - 00:20
[b]Mərkəzi oyunun hakimləri açıqlandı[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında ikinci dövrənin sonuncu – 14-cü turunun oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək bütün oyunlar “Olimpik Star”da baş tutacaq.

 

Turun mərkəzi oyunu olan “Neftçi” İK – “Marafon Futsal” görüşünə Elçin Məmmədovun başçılıq etdiyi hakimlər briqadası təyinat alıb.

 

EKOL – “Yasamal” matçında isə Yusif Nurullayev əsas söz sahibi olacaq.

 

Elçin Səmədli isə “Xəmsə” – “Araz” qarşılaşmasını idarə edəcək.

 

Təyinatları diqqətinizə çatdırırıq:

 

Yüksək Liqa
14-cü tur
26 dekabr

 

EKOL – “Yasamal”
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektor: Ələkbər Məmmədov
Olimpik Star. Saat 13:00

“Neftçi” İK – “Marafon Futsal”
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Ağarza Rzayev
Olimpik Star. Saat 14:30

“Xəmsə” – “Araz”
Hakimlər: Elçin Səmədli, Ramiz Məhərrəmov, Kənan Məlikov
Hakim-inspektor: Aslan Həsənov
Olimpik Star. Saat 16:30