[b]Məşhur futbolçu Azərbaycan klubunda - FOTO[/b]
01.10.2016 - 18:38
[b]Məşhur futbolçu Azərbaycan klubunda - FOTO[/b]

Tanınmış futbolçu Luis Saha Azərbaycanda səfərdədi. Apasport.az-ın “Qarabağ”ın rəsmi saytına istinadən məlumatına görə, Saha bu gün klubun bazasını ziyarət edib.

 

O, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçisi Qurban Qurbanovla kiçik toplantı keçirib, Azərbaycan futbolu haqda fikir mübadiləsi aparıb. Görüşün sonunda sabiq futbolçuya "Qarabağ"ın "9" nömrəli forması hədiyyə olunub. Luis Saha daha sonra kollektivlə bir araya gəlib. Fransalı komandaya uğurlar arzulayıb və "Qarabağ"ın Avropada layiq olduğu yerə gələcəyinə inandığını bildirib. Sonda sabiq hücumçu ağdamlıların məşqçi və texniki heyəti ilə birlikdə futbol oynayıb.

 

Qeyd edək ki, Luis Saha Fransa millisinin heyətində 20 oyun keçirib, "Mançester Yunayted", "Tottenhem", "Latsio" kimi klubların şərəfini qoruyub.

0