[b]Messi “Barselona”nı tərk edir? [/b]
18.11.2014 - 21:01
[b]Messi “Barselona”nı tərk edir?  [/b]

“Barselona”nın hücumçusu Kataloniya təmsilçisini tərk etmək istəyir. Apasport.az saytının məlumatına görə, bu haqda Argentina millisinin futbolçusu ölkəsinin mətbuatına açıqlamasında bildirib.

 

Həmişə müsahibələrində “Barselona”da xoşbəxt olduğunu və karyerasının sonuna qədər İspaniya komandasında forma geyinəcəyini vurğulayan Messi bu dəfə Kataloniyadan ayrıla biləcəyinə işarə vurub: “Hazırda “Barsa”da çıxış edirəm. Mövsümü titullarla başa vurmaq istəyirəm. Başqa şey haqda fikirləşmək hələ tezdi. Mən həmişə demişəm ki, karyeramın sonuna qədər “Barselona”da qalmaq istəyirəm. Lakin həyatda elə anlar baş verir ki, hər şey sənin özünün istəyindən asılı olmur. Məndən olsaydı, “Barselona”da həmişəlik qalardım. Ancaq indi futbolda o qədər şeylər olur ki, gələcək haqqında danışmaq çox çətindi”.

 

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Leo 2003-cü ilədən “Barsa”da çıxış edir. O, La Liqa təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionu, 2 dəfə ölkə kuboku və 6 dəfə də İspaniya Superkubokunu qazanıb. Messi Çempionlar Liqasına 3 dəfə, klublar arası dünya çempionluğuna 2 dəfə sahib olub. Həmçinin argentinalı ard-arda 4 dəfə “Qızıl top”a yiyələnib. Bundan başqa, o, bir çox rekordlar və mükafatlar əldə edib.