Lionel Messi futbolla yanaşı bines sahəsində də bəxtini sınamağa başlayıb. Apasport.az saytının məlumatına görə, “Barselona”lı ulduz otel alıb.
İspaniya mətbuatında gedən xəbərlərdə Leonun bu ölkənin əsas istirahət mərkəzlərindən olan İbizada 4 ulduzlu otel aldığı qeyd olunub.
Argentinalı oyunçunun “Hotel Es Vive” adlı oteli almaq üçün 29,5 milyon avro xərcə düşdüyü yazılıb. Otel 52 otaqdan, hovuz və bardan ibarətdi.
Maraqlıdı ki, “Real”ın hücumçusu Kriştiano Ronaldo da həmin bölgədən otel almaq istəsə də, Messi yaşıl meydanlardakı əzəli rəqibini qabaqlayıb.
Qeyd edək ki, Messinin Madrid, Nyu-York və Mərakeşdə də otel almaq istədiyi deyilir.