[b]Messi İspaniyaya qarşı oynayacaqmı?[/b]
27.03.2018 - 16:33
Argentina yığmasının kapitanı Lionel Messinin bu gün İspaniya ilə baş tutacaq yoldaşlıq matçında iştirak edib-etməyəcəyi müəyyənləşib. Apasport.az saytı “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, azarkeşlər 31 yaşlı futbolçunu meydanda görməyəcəklər.
Belə ki, Messi zədəsini hələ sağaltmayıb. Həkimlər İtaliya ilə qarşılaşmanı da buraxan kapitanın bu dəfə də istirahət etməsini məqsədəuyğun sayıblar.
Qeyd edək ki, İspaniya – Argentina oyunu Bakı vaxtı ilə 23:30-da start götürəcək.
0
0