[b]Messi nə vaxt oynayacaq?[/b]
30.03.2018 - 00:09
[b]Messi nə vaxt oynayacaq?[/b]

Zədə səbəbindən Argentina millisinin oyunlarını buraxan Lionel Messinin dönüşü bir neçə gün də yubana bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, artıq klubu “Barselona”nın düşərgəsinə dönən Leo ötən gün sadəcə səhər məşqinin bir hissəsində çalışa bilib. Baldır əzələsində ağrıları davam edən argentinalının La Liqanın 30-cu həftəsi çərçivəsində keçiriləcək “Sevilya” ilə oyunda meydana çıxmayacağı gözlənilir.

 

Qeyd edək ki, Messinin Çempionlar Liqasının 1/4 final mərhələsində aprelin 4-ü baş tutacaq “Roma” ilə görüşü buraxacğı da istisna edilmir.