[b]Messi və Busketsin durumu müəyyənləşdi[/b]
03.04.2018 - 21:32
[b]Messi və Busketsin durumu müəyyənləşdi[/b]

“Barselona”nın aparıcı futbolçuları Lionel Messi və Serxio Busketsin durumu bəlli olub. Apasport.az saytı xəbər verir ki, adıçəkilən oyunçular Çempionlar Liqasının ¼ final mərhələsində “Roma” ilə sabah keçiriləcək qarşılaşmanın iştirak ərizəsinə salınıb.

 

Baş məşqçi Ernesto Valverde həm Messi, həm də Busketsin “Nou Kamp”dakı matçda meydana çıxacağını açıqlayıb: “Messi iştirak ərizəsinə salınıbsa, deməli, oynayacaq. Buskets də dünənki məşqə qatılıb. Onun oyun saatına qədər hazır olacağını düşünürəm. Serxio bizim üçün önəmli futbolçudu”.

 

Qeyd edək ki, sabah keçiriləcək “Barselona” – “Roma” oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.