[b]Messidən yeni 3 illik müqavilə[/b]
10.03.2016 - 18:10
[b]Messidən yeni 3 illik müqavilə[/b]

“Barselona”nın lideri Lionel Messi komandası ilə yeni müqavilə imzalaycaq. Apasport.az saytının məlumatına görə, bunu klubun idman direktoru Rober Fernandes deyib.

 

O bildirib ki, argentinalı ulduz futbolçu 2018-ci ilə qədər olan anlaşmasını daha 3 il müddətinə uzadacaq: “Dəqiq deyə bilərəm ki, Messi ən azı 2021-ci ilə qədər “Barselona”da qalacaq. O, dünyanın ən güclü futbolçusudu. Bəziləri düşünür ki, tezliklə Leoda geriləmə yaranacaq. Ancaq belə deyil. Messi hələ daha bir neçə il dünyanın ən güclüsü olacaq”.

 

Qeyd edək ki, 2021-ci ilin yayında Lionel Messinin 34 yaşı olacaq.