17 yaşadək futbolçular arasında Avropa çempionatları tarixində 2-ci final mərhələsinin meydan sahibi 5 və daha çox top fərqi ilə uduzub. Apasport.az saytının məlumatına görə, Bakıda təşkil olunan yarışın ilk turunda Portuqaliyaya 0:5 hesabı ilə uduzan yığmamız çempionatların tarixinə düşüb.
Belə ki, 1982-2001-ci illərdə U-16, son 15 ildə U-17-lər arasında keçirilən qitə birinciliyinin ikinci dönəminə nəzər salsaq, təşkilatçı ölkənin millisi yalnız 1 dəfə 5 və ya daha çox fərqlə uduzmuşdu. Bu da 10 il əvvələ təsadüf edib. Lüksemburq yığması açılış oyununda İspaniyaya 1:7 hesabı ilə yenilib.
Portuqaliya isə Pireney yarımadasındakı qonşularının meydan sahiblərinə qənim kəsilmə rekordunu yeniləyə bilməyib. Təşkilatçı ölkə üzərindəki qələbənin böyüklüyündə 2-ci nəticə göstərən Eliiu Souzanın yetirmələri son 10 ilin rekordunu vurub. Məsələ ondadı ki, son 10 ildə heç bir komanda meydan sahibləri üzərində belə qələbə qazanmışdı. Portuqaliyalılar çempionatların 15 illik tarixində qol buraxmadan ən böyük qələbə qazanan komanda olub.
Ümumiyyətlə isə yarışın U-17-lər arasında keçirildiyi dövrə baxsaq, Lixtenşteynin qeyri-adi addımı da yada düşür. 2010-cu ildə ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə qazanan “cırtdan”lar qitə çempionatında rəqabətə dözməyəcəyini dərk edib, turnirə qatılmaqdan vaz keçib. Bu üzdən Lixtenşteyndəki çempionatda meydan sahibi olmayıb.
Millimizə qədərki digər 13 meydan sahibindən üçü – Portuqaliya, Fransa və Almaniya doğma azarkeşlər önündə qızıl medallar əldə edib.
İtaliya, Belçika, Türkiyə, Slovakiya III yeri tutub. Medal qazanan bu 7 komanda kimi 1/4 finalda ilişən Danimarka da qrupdan çıxa bilib. Digər 5 komanda isə mübarizəni elə qrupda davam etdirib. Ümumiyyətlə son 6 ildə yalnız 1 dəfə meydan sahibi qrupdan çıxmağı bacarıb.
U-17-lər arasında Avropa çempionatlarının ev sahiblərinin final mərhələsindəki nəticələri
2002. Danimarka -1/4 final
Hollandiya – 4:4, Finlandiya – 6:0, İngiltərə - 0:0, İspaniya – 2:2, p.3:4
2003. Portuqaliya - Çempion
Danimarka – 3:2, Avstriya – 1:0, Macarıstan – 2:0, İngiltərə - 2:2, p.3:2, İspaniya – 2:1
2004. Fransa - Çempion
Şimali İrlandiya – 3:0, İspaniya – 1:0, Türkiyə - 2:1, Portuqaliya – 3:1, İspaniya – 2:1
2005. İtaliya – III yer
Türkiyə - 1:0, Belarus – 0:1, İngiltərə - 1:0, Hollandiya – 0:1
2006. Lüksemburq – qrupda qalıb
İspaniya – 1:7, Macarıstan – 0:4, Rusiya – 0:2
2007. Belçika – III yer
Hollandiya – 2:2, İngiltərə - 1:1, İslandiya – 5:1, İspaniya – 1:1, p.6:7
2008. Türkiyə - III yer
Hollandiya – 3:0, Şotlandiya – 1:0, Serbiya – 0:0, Fransa – 1:1, p.3:4
2009. Almaniya – Çempion
Türkiyə - 3:1, İngiltərə - 4:0, Hollandiya – 2:0, İtaliya – 2:0, Hollandiya – 2:1
2010. Lixtenşteyn - imtina
2011. Serbiya - - qrupda qalıb
Danimarka – 2:3, Fransa – 1:1, İngiltərə - 0:3
2012. Sloveniya - qrupda qalıb
Hollandiya – 1:3, Polşa – 1:1, Belçika – 1:3
2013. Slovakiya – III yer
Avstriya – 1:0, İsveçrə - 2:2, İsveç – 0:0, İtaliya – 0:2
2014. Malta – qrupda qalıb
İngiltərə - 0:3, Hollandiya – 2:5, Türkiyə - 0:4
2015. Bolqarıstan - qrupda qalıb
Xorvatiya – 0:2, İspaniya – 1:2, Avstriya – 1:1
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı