[b]Meydançaya anaları ilə birlikdə çıxdılar[/b]
10.05.2015 - 18:45
[b]Meydançaya anaları ilə birlikdə çıxdılar[/b]

Hollandiyanın “Ayaks” klubunun futbolçuları Beynəlxalq Analar Günü ilə əlaqədar olaraq maraqlı hərəkət ediblər. Apasport.az saytının məlumatına görə, “Ayaks” – “Kambur” oyununa çıxan komanda hər dəfə olduğu kimi balaca uşaqlarla deyil, futbolçuların anaları ilə birlikdə meydana daxil olublar.

 

Azarkeşlər tərəfindən maraqlı qəbul edilən bu hərəkət alqışlarla qarşılanıb.