[b]Mikayıl Nərimanoğlu AFFA-da yeni vəzifəyə təyin edildi[/b]
30.10.2017 - 20:38
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərliyində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Mikayıl Nərimanoğlu vəzifəsindən azad edilib.
O, bundan sonra Federasiyanın Komitələrlə iş üzrə koordinatoru kimi fəaliyyət göstərəcək.
Vakant posta isə müvəqqəti olaraq departamentin əməkdaşı Firuz Abdulla təyin edilib.
Qeyd edək ki, Mikayıl Nərimanoğlu 2005-ci ildən sözügedən vəzifədə çalışırdı.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0