[b]Millətlər liqasındakı rəqibimiz darmadağın oldu[/b]
26.03.2018 - 22:11
[b]Millətlər liqasındakı rəqibimiz darmadağın oldu[/b]

Bir sıra milli komandalar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən biri Malta yığması da növbəti matçını keçirib.

 

Rəqibimiz Finlandiya millisi ilə üz-üzə gəlib. Görüş finlərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

“Suomi”nin heyətində Pukki dubla imza atıb, Taimi, Yensen və Soiri isə hərəyə bir dəfə fərqləniblər.

 

Qeyd edək ki, sözügedən oyun millimizin də sabah meydana çıxacağı Antalya “Mardan Arena”da keçirilib.