[b]Millimizin futbolçusu Almaniyada klubunu dəyişir[/b]
17.05.2016 - 21:43
[b]Millimizin futbolçusu Almaniyada klubunu dəyişir[/b]

Milli komandamızın üzvü Tuğrul Erat klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi hazırda çıxış etdiyi Düseldorf “Fortuna”sından ikinci bundesliqa klubuna keçə bilər.

 

Almaniya mətbuatı 23 yaşlı futbolçunun "Duysburq"a keçmək ehtimalının daha çox olduğunu bəyan edib.

 

Tərəflərin artıq bu keçidlə bağlı razılığa gəldiyi iddia olunur.