[b]Milli futbolçu komandasına kömək edə bilmədi[/b]
13.03.2016 - 20:48
Almaniya 2-ci Bundesliqasında 26-cı tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" evdə "Haydenhaym"la üz-üzə gəlib.
Oyun qolsuz bərabərliklə nəticələnib. Nazarov meydana start heyətində çıxıb və matçın 74-cü dəqiqəsində əvəzlənib.
Hazırda hesabında 35 xal olan "Karlsrue" 9-cu pillədə qərarlaşıb.
0
0