[b]Milli futbolçu oynamadı, komandası qələbəyə həsrət qaldı[/b]
25.04.2016 - 02:05
[b]Milli futbolçu oynamadı, komandası qələbəyə həsrət qaldı[/b]

İspaniya Sequndasında 35-ci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" evdə "Tenerife"ylə qarşılaşıb.

 

Oyun başladığı kimi - qolsuz bərabərliklə nəticələnib.

 

Bir neçə gün öncə komandasının məşqində ayağından zədə alan İsrafilovun adı oyunun iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, hazırda hesabında 52 xal olan "Kordoba" 9-cu pillədə qərarlaşıb.

0