[b]Milli futbolçular da qoşuldular, “Qarabağ” tam heyətlə çalışdı[/b] - FOTOSESSİYA
24.06.2015 - 23:10
“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, komanda hazırlığın növbəti günündə tək məşqlə kifayətlənib.
Müxtəlif səbəblərdən son 5 gündə natamam heyətlə çalışan ağdamlılarda milli futbolçular da düşərgəyə qoşulublar.
Rəşad Sadıqov, Maksim Medvedev, Elvin Məmmədov, Coşqun Diniyev, Qara Qarayev, Cavid Tağıyev , Bədavi Hüseynov Bakıdan, İbrahim Sehiç isə Bosniyadan klubun qərarlaşdığı Kössen qəsəbəsindəki otelə gəliblər. (klub saytı)
0
0