[b]Milli futbolçumuz oynadı, komandası qalib gəldi[/b]
24.05.2015 - 00:37
[b]Milli futbolçumuz oynadı, komandası qalib gəldi[/b]

Xorvatiya çempionatında 35-ci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ruslan Qurbanovun formasını geydiyi “Hayduk” bu tur növbəti qələbəsini qazanıb.

 

“NK Zaqreb” komandasını minimal hesabla yenən “Hayduk”un heyətində Ruslan da meydana çıxıb. Matçın 73-cü dəqiqəsində Baliçin yerinə oyuna daxil olan həmyerlimiz 17 dəqiqə meydanda olmaqla qələbədə rol oynayıb.

 

Matçdakı yeganə qolu isə 19-cu dəqiqədə Vlasiç vurub.

 

Xatırladaq ki, bu qələbədən sonra “Hayduk” 49 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.