[b]Kamran Ağayevin komandası azarkeşlərdən dəstək gözləyir[/b]
01.05.2015 - 19:43
[b]Kamran Ağayevin komandası azarkeşlərdən dəstək gözləyir[/b]

Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” klubu bu həftəsonu baş tutacaq “Antalyaspor”la oyun üçün azarkeşləri stadiona dəvət edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun mətbuat xidmətinin rəhbəri Rifat Pəhlivan bu barədə yerli mediaya açıqlama verib.

 

Klub rəsmisi çempionluğa doğru gedən yolda azarkeşlərin də komandanın yanında olmasını istədiklərini bildirib: “Bu önəmli oyunda “Kadir Has” stadionunun dolmasını istəyirik. Oyun bazar günü olacaq ki, bu da işləyən azarkeşlərimiz üçün çox uyğun zamandır”.

 

Komandada əhval-ruhiyyənin qaydasında olduğunu bildirən Pəhlivan cəzalı olan Alper Uludağdan başqa hansısa bir əskiklərinin olmadığını da qeyd edib.

 

Xatırladaq ki, Türkiyə PTT 1-ci liqasının 31-ci turu çərçivəsində baş tutacaq oyun bazar günü, yerli vaxtla saat 16:00-da baş tutacaq. Son oyunları zədə səbəbindən buraxmış milli futbolçumuz Kamran Ağayevin bu oyunda meydana çıxmaq ehtimalı var.