[b]Milli komandada 3 debüt[/b]
07.06.2015 - 23:45
[b]Milli komandada 3 debüt[/b]

Avstriyada Serbiya ilə keçirilən yoxlama oyunu 3 futbolçu üçün Azərbaycan millisində debüt matçı olub. Apasport.az saytının məlumatına görə, start heyətində meydana çıxan Məhəmməd Qurbanov və Məhəmməd Mirzəbəyov, həmçinin sonradan meydana daxil olan Coşqun Diniyev karyeralarında ilk dəfə ölkəmizin əsas yığmasında forma geyinib.

 

Bununla da millidə oynamış futbolçuların sayı 202-yə çatıb. Serbiyaya 1:4 hesablı məğlubiyyətədək baş tutan 212 qarşılaşmada 199 oyunçu meydana çıxmışdı.

 

Qeyd edək ki, millinin rekordçusu Rəşad Sadıqov 96-cı oyununa çıxıb.