[b]Milli komandada yeni məşqçi[/b]
25.12.2017 - 15:33
[b]Milli komandada yeni məşqçi[/b]

Çili milli komandasının baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisinə Reynaldo Rueda başçılıq edəcək.

 

Əvvəllər Kolumbiya, Honduras və Ekvador yığmalarına rəhbərlik edən, hazırda Braziliyanın “Flamenqo” klubunu çalışdıran 60 yaşlı mütəxəssis yeni ildən fəaliyyətə başlayacaq. Çili Futbol Federasiyası “Flamenqo”ya kolumbiyalı ilə müqaviləyə xitam vermək üçün 1 milyon dollar ödəyəcək.

 

Qeyd edək ki, Çili yığması DÇ-2018-in final mərhələsinə çıxa bilmədikdən sonra baş məşqçi Xuan Antonio Pitsini istefaya göndərilmişdi.