[b]Milli komandamız Maltaya yenə qalib gəldi[/b]
08.08.2015 - 00:19
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Bayıl stadionunda keçirilmiş oyun yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab avtoqolla açılıb. Növbəti qolları İlkin Sadıqov və Roman Hüseynov vurub.
Qeyd edək ki, bu komandalar arasında avqustun 5-də keçirilmiş ilk oyun yığmamızın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.
0
0