[b]Milli komandamız Xorvatiyaya çatdı[/b]
11.10.2014 - 22:16
[b]Milli komandamız Xorvatiyaya çatdı[/b]

Azərbaycan milli komandası artıq Xorvatiyadadır. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində Xorvatiya yığması ilə üz-üzə gələcək Berti Foqtsun yetirmələri İtaliyanın Palermo şəhərindən yerli vaxtla saat 13:30-da Osiyekə yola düşüb.

 

Saat yarımlıq yolçuluqdan sonra komandamız Osiyekə çatıb. Millimiz sözgedən şəhərin eyni adlı otelində (“Osiyek”) məskunlaşıb. Bakıdan gələn azarkeşlər “Zoo”, jurnalistlər isə 4 ulduzlu "Villa Valpovo" otelində qalacaqlar.

 

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu oktyabrn 13-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.