[b]Futbol üzrə milli komandamızın rəqibi yoldaşlıq oyunu keçirəcək[/b]
06.05.2015 - 22:09
2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupda mübarizə aparan futbol üzrə İtaliya yığma komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Apasaport.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, appeninlilərin rəqibi Portuqaliya yığması olacaq.
İyunun 16-da baş tutacaq görüş İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Xatırladaq ki, bu vaxta kimi 6 dəfə qarşı-qarşıya gəlmiş yığmaların bütün qarşılaşmalarından italiyalılar qalib ayrılıblar.
0
0