[b]Milli oyunçu 90 dəqiqə oynadı, komandası uduzdu[/b]
02.04.2017 - 17:32
[b]Milli oyunçu 90 dəqiqə oynadı, komandası uduzdu[/b]

Ukrayna Premyer Liqasında XXIII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Stal” da növbəti matçına çıxıb.

 

Autsayderlər qrupunda yer alan Kamiensk təmsilçisi “Karpatı” ilə səfərdə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matça start heyətində başlayan Pavel 90 dəqiqə meydanda olsa da, heç nə ilə yadda qalmayıb.

 

Qeyd edək ki, 23 oyundan sonra aktivində 24 xal olan “Stal” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.