[b]Milli oyunçu oynamadı, komandası əzmkar qələbə qazandı[/b]
15.10.2016 - 00:56
Almaniya II Bundesliqasında IX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçını keçirib.
Sözügedən klub səfərdə “Sent Pauli” ilə qarşılaşıb. Oyunun gedişatında hesabda geri düşən qonaqlar əzmkarlıq göstərərək əvvəlcə hesabı bərabərləşdirməyə, son dəqiqədə isə qələbə qolunu vurmağa nail ola bilib.
Milli oyunçunun adı bu görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, 9 turdan sonra aktivində 10 xal olan “Aue” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0