[b]Millimiz qola həsrət qaldığı məkanda[/b]
06.01.2018 - 12:51
[b]Millimiz qola həsrət qaldığı məkanda[/b]

2018-ci ildəki ilk rəsmi matçlarını Türkiyənin Antalya şəhərində keçirəcək Azərbaycan milli komandası tarixində 3-cü dəfə bu məkanda oynayacaq. Apasport.az saytının məlumatına görə, yığmamız indiyədək 2 dəfə bu şəhərdə yoxlama görüşündə qüvvəsini sınayıb.

 

İlk belə matç 2008-ci ilə təsadüf edib. Fevralın 3-də baş tutan matçda millimiz Qazaxıstanla görüşüb. 90 dəqiqə ərzində qol vura bilməyən rəqiblər sülhə razılaşıb.

 

8 ildən sonra yığmanın yolu yenidən Antalyaya düşüb. 2016-cı il martın 26-da keçirilən matçda rəqib yenə Qazaxıstan olub. Komandamız 2008-ci ildəki kimi yenə meydanda qolsuz ayrılıb. Amma bu dəfə Qazaxıstan futbolçuları minimal hesablı qələbəni bayram edə bilib – 1:0.

 

Beləliklə, Antalyada nəinki qələbə, hətta qola da həsrət yığmamız yanvarın 30-da Moldova, fevralın 2-də Gürcüstanla qarşılaşmaıarda bu uğursuz ənənəni qırmağa çalışacaq.

 

Qeyd edək ki, hər iki görüş “Mardan” stadionunda baş tutacaq.

0