[b]Milli üzvü 90 dəqiqə oynadı, komandası məğlub oldu[/b]
14.03.2016 - 00:54
İspaniya Sequndasında 29-cu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun komandası "Kordoba" öz meydanında "Luqo" ilə qarşılaşıb.
Qarşılaşma təmsilçimizin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddi son oyunlarda olduğu kimi, bu dəfə də start heyətində matça başlayıb və qarşılaşmanı əvəzolunmadan keçirib.
Qeyd edək ki, "Kordoba" 29 oyundan sonra 46 xalla 22 komanda arasında 5-ci pillədə qərarlaşıb.
0
0