Yay “transfer bazarı”nın ən fəal komandalarından olan “Qəbələ” daha bir futbolçunu heyətinə cəlb edib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” “Simurq”un yarımmüdafiəçisi Vadim Abdullayevlə anlaşıblar.
Bu barədə məlumatı saytımıza gənc futbolçu özü verib. “Qarabağ” və “Neftçi”nin də maraq dairəsində olan 21 yaşlı oyunçu “Qəbələ”ni seçməsinin səbəbini bu cür izah edib: “Adlarını sadaladığınız komandalarla elə bir danışığım olmamışdı. Çünki onlardan konkret təklif almamışdım. Amma “Qəbələ” mənimlə yaxından maraqlandı, danışıb razılaşdıq. Həm də “Qəbələ” mənim ən çox sevdiyim komandalardan biridi. Seçimimdə bu da böyük rol oynadı”.
Gənclər yığmamızın üzvü rəsmi müqaviləyə yaxın günlərdə qol çəkəcəyini deyib: “Komandanın başı indi Avrokubok oyunlarına qarışıb. İki illik müqaviləni razılaşdırmışıq. Bircə qalır kağıza qol çəkmək. Hazırda da yeni komandamın düşərgəsində məşqlərimi edirəm. Avropa Liqasında “Çukariçki” ilə oyunlardan sonra rəsmi müqavilə imzalayacam. İnşallah, komandam növbəti mərhələyə vəsiqə qazanar, onda III mərhələyə mənim də adım sifariş olunar”.
Qeyd edək ki, Vadim Abdullayev “Qəbələ”nin yay fasiləsində 11-ci transferi olub. Baş məşqçi Roman Qriqorçukun komandası buna qədər Andrey Popoviç, Samir Zərgərov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Vojislav Stankoviç və George Floreskunu heyətinə cəlb etmişdi.
Rəvan ƏKBƏR
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq