[b]Yığmamızın futbolçusu Almaniyada 74 dəqiqə oynadı[/b]
14.03.2016 - 09:24
Milli komandamızın futbolçusu Dmitri Nazarov Almaniyada növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin komandası “Karlsrue” Almaniya Bundesliqa II-nin XXVI turunda “Heydenheym”lə qarşılaşıb.
“Karlsrue”nin meydanında baş tutan qarşılaşma qolsuz bərabərliklə nəticələnib. Start heyətində meydana daxil olan yığmamızın üzvü 74-cü dəqiqədə komanda yoldaşı Ervin Hofferlə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran “Karlsrue” turnir cədvəlində 9-cu pillədə qərarlaşır.
0
0