[b]Milli üzvü bir hissə oynadı, komandası darmadağın oldu[/b]
30.07.2017 - 17:06
[b]Milli üzvü bir hissə oynadı, komandası darmadağın oldu[/b]

Rusiya I divizionunda V tura start verilib. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət millimizin və “Neftçi”nin keçmiş oyunçusu Samir Məsimovun şərəfini qoruduğu “Fakel” də növbəti matçına çıxıb.

 

Voronejlilər səfərdə “Sibir”lə qarşılaşıblar. Görüş meydan sahiblərinin darmadağını ilə başa çatıb – 4:0.

 

Matça start heyətində başlayan Məsimov 46-cı dəqiqədə əvəzlənib.